AZ

Naxçıvanda yeni təyinat

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin edilib.

Olaylar.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, Cavid Kəngərli bundan əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində müxtəlif vəzifələrdə çalışıb, müvafiq vəzifəyə təyinatadək isə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin rəisi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
49
35
olaylar.az

10Mənbələr