İsrailin Qəzza zolağının cənubundakı Xan Yunis qəsəbəsinin şərqindəki bəzi ərazilərə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 70-ə çatıb, 200-dən çox yaralı var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, ağır yaralananlar da daxil olmaqla, zərərçəkənlər "Naser" tibb kompleksinə aparılıb.