AZ

Qiyməti 90 milyon avroya qalxdı

Xavi Simons qitə çempionatındakı uğurlu çıxışı ilə qiymətini artırıb.

PSJ 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi üçün 90 milyon avro transfer qiyməti müəyyənləşdirib. “Ekip” qəzetinin məlumatına görə, Paris klubunun niderlandlı futbolçusu ilə “Bavariya” və “Mançester Yunayted” yaxından maraqlanır. Münhen klubunun Simonsla müqavilə imzalamaq şansının böyük olduğu da vurğulanır.

Qeyd edək ki, Xavi ötən mövsüm icarə əsasında “Leyptsiq”də çıxış edib. O, bütün yarışlarda 43 matça çıxıb, 10 qol vurub və 15 qolun ötürməsini verib. Futbolçunun PSJ ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Seçilən
34
3
football-plus.az

3Mənbələr