AZ

Hindistanda 1 nəfər Nipah virusuna yoluxaraq ölüb

Hindistanın Kerala əyalətinin fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, əyalətdə 14 yaşlı uşağın Nipah virusa yoluxaraq ölməsindən sonra bu barədə qərar qəbul edilib.

Bildirilib ki, risk qrupunda olan 60 nəfərdən ibarət əlavə siyahı müəyyən edilib.

Kerala səhiyyə naziri Veena George uşağın Pandikkad şəhərindən olduğunu və onunla təmasda olan insanların karantinə alındığını söyləyib.

Bölgədəki insanlardan ictimai yerlərdə maska taxmaq və digər ehtiyat tədbirlərinə əməl etmələri tövsiyə olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Nipah virusu donuz və digər heyvanlardan insanlara keçən “zoonoz xəstəlikdir”. ÜST bu virusu epidemiyaya səbəb ola biləcəyinə görə prioritet patogenlər sırasına daxil edib.

Sözügedən əyalətin bəzi hissələri virus üçün ən riskli bölgələr arasında hesab olunur.

Şəbnəm Mehdizadə

Seçilən
56
7
e-huquq.az

10Mənbələr