Bakı. Trend:
Bakıda keçiriləcək gimnastika üzrə “TeamGym” çempionatındaiştirak etmək üçün 14 ölkənin yığması ərizə təqdim edib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarış oktyabrın 16-19-da baş tutacaq.
Yarışa ev sahibliyi edəcək millimizin rəqibləri Çexiya,Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya,İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç vəİsveç idmançıları olacaq.
Bakıya 498 gimnastın gələcəyi gözlənilir. Onların arasında 268böyük və 230 yeniyetmə idmançı var.
Qeyd edək ki, “TeamGym” Avropa Gimnastikasınınpopulyarlaşdırdığı komanda yarışıdır. Bu turnir üç növdəçıxışlardan ibarətdir: “TeamGym” xalçası, tamblinq zolağı və kiçikbatut.