1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Əgər Donald Tramp seçkidə qalib gələrsə, Ukraynada müharibə daha tez bitəcək və müvafiq olaraq regionumuzda sabitlik yaranacaq".
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Gürcüstan kimi ölkə ABŞ-də baş tutacaq seçkiyə hər hansı formada müdaxilə edə bilməz.
İrakli Kobaxidze əlavə edib ki, regionda sülh olarsa, Gürcüstana münasibət də dəyişəcək.