AZ

Üç Azərbaycan klubunun RƏQİBLƏRİ BİLİNİR

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkü atılacaq.

News365.az xəbər verir ki, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Azərbaycanın üç klubunun mümkün rəqibləri bəlli olacaq.

Püşkatma zamanı "Sabah" - "Makkabi" cütü səpələnmişlərdə olacaq. "Sumqayıt" - "Fehervar" və "Zirə" - "Dunayska Ştreda" cütləri isə səpələnməmişlər sırasında yer alacaq.

Xatırladaq ki, tədbir İsveçrənin Nyon şəhərində keçiriləcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də baş tutacaq.


Seçilən
124
4
news365.az

10Mənbələr