AZ

“Atam dedi ki, yad kişi olsam, mən də səni sevməzdim” 

"Atam dedi ki, yad kişi olsam, mən də səni sevməzdim, sən necə bir məxluq, necə yaratıqsan?. İllər boyu kilolu olduğum üçün qınandım, təhqir edildim, məni sevmədilər, nifrət ediləcək, lağ obyekti bir qadın kimi yaşadım".

Referans.az lent.az-a istinadən bildirir ki, bu fikirləri türkiyəli aktrisa Sevgi Berna Biber öz sosial şəbəkə hesabında canlı yayım zamanı söyləyib.

"Türkiyədə hər mövzuda film çəkdilər. Təcavüz, mafiya, tarixi, dini, qan davaları, daha nələr, nələr... Bircə kök qadınların həyatından bəhs etmədilər. Sanki hamı arıq olmalıdır, kök insanlar hamı kimi ağıllı, yaraşıqlı, sevimli ola bilməzlər. Bütün filmlərdə kök qadınları komik obrazlar kimi göstərdilər. Buna bir "dur" deyən olmadı, yazan olmadı. Mən bu mövzuda ssenari yazmışam və filmi də özüm çəkəcəm" . deyə aktrisa bildirib.

Onun bu fikirlərinə izləyicilərdən çoxlu bəyənmə və dəstək gəlib.

Seçilən
71
50
referans.az

10Mənbələr