AZ

Vens: Tramp seçkilərdə demokratların istənilən namizədinə qalib gələcək

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərdə demokratlardan rəqibinin kim olmasından asılı olmayaraq qalib gələcək.

Bunu Respublikaçılar Partiyasından ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd Ceyms Devid Vens "X" səhifəsində bildirib.

“Keçmiş prezident Tramp və mən Amerikanı xilas etməyə hazırıq və demokratların kim olacağından asılı olmayaraq bunu edəcəyik”, - Vens qeyd edib.

O, Baydeni həyatının ən pis prezidenti adlandırıb, Harrisi isə yalan danışmaqda ittiham edib:

"Kamala Harris Baydenin zehni qabilliyyəti barədə 4 il yalan danışıb, həmçinin mənzil və ərzaq qiymətlərini artıran siyasətin həmmüəllifi olub”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
326
2
azerforum.com

10Mənbələr