AZ

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda tədbir keçirilib

2-ci Şuşa Qlobal Media Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda müzakirələr baş tutub. Tədbirdə “Neurotime” şirkətinin təsisçisi və direktoru Vüqar Cavadov texnologiya və dezinformasiyanın müasir media mühitində necə qarşılıqlı əlaqədə olduğu və bunun nəticələri haqqında təqdimatla çıxış edib.

Vüqar Cavadov vurğulayıb ki, saxta xəbərlər cəmiyyətdə inamı sarsıtmaqla yanaşı ictimai fikirdə çaşqınlıq yaradır, fikir ayrılıqlarını dərinləşdirir. Bunun qarşısını almaq üçün media savadlılığının artırılmasının, faktların yoxlanılmasının və tənqidi düşüncənin tətbiq edilməsinin vacibliyi diqqətə çatdırılıb, süni intellekti inkişaf etdirən texnoloji şirkətlərin ziddiyyətli təhlil, yoxlama alətləri və sürətli yayılma üsullarından istifadə etməklə dezinformasiyanın öhdəsindən gəlməyə kömək etməli olduğu bildirilib.

Texnologiya mütəxəssisləri, media nümayəndələri və digər maraqlı tərəflərin yer aldığı görüşdə saxta xəbərlər, dezinformasiyanın təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb, media sahəsində mövcud innovativ texnologiyaların gələcək inkişaf perspektivlərindən danışılıb.

1/4
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
4
media.gov.az

5Mənbələr