Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Siyahıda Azərbaycandan yalnız Qurban Qurbanov yer alıb.
“Qarabağ”ın baş məşqçisi 500 mütəxəssisin yer aldığı siyahıda 1673 xalla 133-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 2240 xalla “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir. \\Redaktor.az