AZ

Yoro “Mançester Yunayted”dəki forma nömrəsini seçdi

"Mançester Yunayted"in müdafiəçisi Leni Yoro yeni klubunda forma nömrəsini seçib.

AzxeberSport xəbər verir ki, oyunçu 15 nömrəli forma ilə çıxış edəcək. Daha əvvəl bu nömrə ilə "Mançester Yunayted"də Serxio Reqilon, Marsel Sabitzer, Andreas Pereyra, Adnan Yanuzay, Nemanya Vidiç oynayıb.

Qeyd edək ki, Mançester təmsilçisi dünən 62 milyon avroya fransız futbolçunu transfer edib. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Seçilən
20
2
azxebersport.az

3Mənbələr