AZ

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu məhv edib - VİDEO 

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda 19 terrorçunu zərərsizləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhidlərimiz, millətimiz, sevimli vətənimiz uğrunda yorulmadan, var gücümüzlə mübarizəmizi davam etdiririk! 

Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk və Asos bölgələrində aşkarlanan 15 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı və Sülh çeşməsi bölgələrində aşkarlanan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Terrorun mənbəyinin aradan qaldırılması üçün fəal və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik!”, - məlumatda qeyd olunub.
 

Bizim.Media
Seçilən
106
5
bizim.media

10Mənbələr