AZ

Conatan Benteke “Şamaxı”da - Rəsmi

Belçikalı hücumçusu, əslən Konqo Demokratik Respublikasından olan Conatan Benteke bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Şamaxı” heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sözügedən klub son olaraq Conatan Bentekeni heyətinə qatıb. Belçikalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Bentekenin sonuncu iş yeri Lüksemburqun “Union Titus Petange” klubu olub. 29 yaşlı forvard bu komandanın heyətində 18 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Veqberq-Bek”, “Sulte Varegem”, “Vize”, “Alemanniya”, “Oldem Atletik”, “Laudon Yunayted”, “Omoniya” (Nikosiya), “Kristal Pelas” kimi klublarda da forma geyinib.

Xatırladaq ki, “Şamaxı” daha öncə Adil Nağıyev (“Səbail”), Rafael Məhərrəmli (“Səbail”), İlkin Muradov (“Zirə”), Rüfət Abbasov (“Neftçi”), Rauf Rüstəmli (“Sabah”, icarə), Fəxri Məmmədli (“Sabah”, icarə), Belaydi Pusi (“Turan Tovuz”), Brahim Konate (“Hapoel”, Afula, İsrail), Georgi Kantariya (“Nejmeh”, Livan), Rikardo Fernandes (“Torreense”, Portuqaliya), Kamal Bayramov (“Turan Tovuz”) və Vasili Radenoviçi (QOŞK, Bosniya və Herseqovina) də heyətinə qatmışdı. Ötən mövsümü “Səbail”də icarədə keçirmiş Bahadur Həziyev də “Şamaxı”ya qayıdıb.

Səbayıl Bağırov, Abdulla Seydəhmədov, Emin Zamanov və Sahib Həsənovla da yeni müqavilə imzalanıb. Sahib Həsənov yeni müqavilə bağladıqdan sonra “Difau Ağsu”ya icarəyə verilib. Əkbər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov və Kənan Quliyev isə “Şamaxı”nı tərk ediblər.

Seçilən
60
2
arena.az

4Mənbələr