2024/2025 mövsümünə Türkiyədə hazırlaşan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxacaq.
AzxeberSport xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin 1-ci liqa təmsilçisi "Erzurumspor"la qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” bunadək 2 yoxlama oyunu keçirib. Bakı klubu öncə Superliqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.