AZ

“Kəpəz”in daha bir rəqibi məlum oldu

Yeni mövsümün hazırlıq planına uyğun olaraq “Kəpəz” daha bir yoxlama oyunu keçirəcək.

Futbolpress.az xəbər verir ki, “sarı-göylər”in rəqibi Azərbaycanda təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubudur.

Matç iyulun 22-də Qəbələdə təşkil ediləcək. Görüş saat 17:30-da başlayacaq.

“Kəpəz” buna qədər iki yoxlama oyununda qüvvəsini sınayıb. Komanda “Turan Tovuz”a 0:4, “Şamaxı”ya isə 1:2 hesabıyla uduzub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
futbolpress.az

1Mənbələr