"Napoli" "Çelsi"nin hücumçusu Romelu Lukakununu transfer etməyə hazırlaşır.
Sport24.az xəbər verir ki, bu barədə insayder Canluka di Marzio məlumat yayıb. Klub artıq 31 yaşlı futbolçu ilə razılığa gəlib.
Belçikalı oyunçu ilə 3 illik müqavilə imzalanacaq. Onun mövsümlük maaşı isə 6 milyon avro olacaq
Qeyd edək ki, Lukaku 2021-ci ildə "Çelsi"yə qayıdıb. Ötən mövsüm forvard icarə əsasında "Roma"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 47 oyun keçirib, 21 qol vurub və 4 qolun ötürməsini verib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta