AZ

“Barselona” 60 milyon avroluq transferə hazırlaşır

“Barselona” “Leypsiq”in və İspaniya millisinin futbolçusu Dani Olmonu transfer etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Kataloniya klubu oyunçunun meneceri ilə görüşüb və 6 illik müqavilə təklif edib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona” Olmonun transferini 60 milyon avroya tamamlamaq istəyir. Klublar arasında da danışıqlar son mərhələdədir.

Olmo İspaniya yığması ilə Avro-2024-də 6 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
futbolpress.az

2Mənbələr