AZ

Demba Ba-dan Fransa qalmaqalına reaksiya: "Argentina qaçan nasistlər üçün sığınacaqdır"

Keçmiş Çelsi futbolçusu Demba Ba, Argentina futbolçularının Fransa milli komandasına qarşı səsləndirdiyi təhqiramiz mahnı ilə bağlı mövqeyini bildirib.

90deqiqe.Az xəbər verir ki, keçmiş hücumçu sosial şəbəkə hesabında bunları yazıb:

“Argentina qaçan nasistlər üçün sığınacaqdır. Peron (Argentinanın keçmiş prezidenti Juan Domingo Peron-red.) 1945-ci ildən bəri müharibə cinayətkarlarını ölkədə qəbul edir. Və siz hələ də təəccüblənirsiniz". 

Mübahisəli mahnı 2024-cü il Kopa Amerika finalında Kolumbiyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra Argentina milli komandası tərəfindən səsləndirilib. Kuboku qazanmağı qeyd edən Argentina futbolçusu Enzo Fernandez sosial mediada canlı yayıma çıxaraq, komanda yoldaşları ilə birlikdə “Onlar Fransa üçün oynayır, amma hamısı Angoladandır” mahnısını oxuyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
90deqiqe.az

1Mənbələr