Fransanın “Lill” klubu belçikalı müdafiəçi Tomas Mönye ilə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı təcrübəli cinah oyunçusuyla 2026-cı ilə qədər müqavilə imzalanıb. Qeyd edək ki, ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edən belçikalı futbolçu mövsümün ikinci hissəsini Türkiyənin “Trabzonspor” klubunda keçirib. O, Belçika millisində 66 oyun keçirib və 8 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta