AZ

“Erməni qəbirlərini dağıdırdılar, biz qoymuruq” – Kəndlərini dəyişmiş erməni və azərbaycanlılar

Azərbaycanla Ermənistan arasında münaqişə başlayanda Azərbaycanın Kərkənc kəndində yaşayan ermənilər və Ermənistanın Qızıl Şəfəq kəndində yaşayan azərbaycanlılar kəndlərini dəyişmək qərarına gəliblər.

Video YouTube kanalımızda.

Dəyişdirmə 1989-cu ilin may-iyul aylarında baş tutub. Tərəflər arasında razılaşmanın ən mühüm şərtlərindən biri qəbiristanlıqların (Qızıl Şəfəqdəki Azərbaycan qəbiristanlığı və Kərkəncdəki erməni qəbiristanlığı) mühafizəsi idi.

Qızıl Şəfəq kəndində doğulub boya-başa çatan Vəli Balakişiyev deyir ki, münaqişə başlayana qədər onlar qonşu erməni kəndindəki insanlarla bərabər yaşayırdılar.

Balakişiyevin ailəsi Qızıl Şəfəq kəndini son tərk edən ailələrdən olub. O deyir ki, kənddən çıxanda qonşu kənddən bir erməni qadın və qızı onlara yemək və çörək gətiriblər.

Balakişiyevin sözlərinə görə, Ermənistandakı kəndlərində qalan məzarlıqları ilə bağlı məlumatı Gürcüstanın Marneuli rayonunda yaşayan azərbaycanlı qohumlarından ermənilər vasitəsilə alırlar.

Könül Şahin BBC üçün hazırda Kərkəncdə yaşayan Vəli Balakişiyevlə danışıb.

Seçilən
164
bbc.com

1Mənbələr