AZ

Şolts Ermənistan və Azərbaycana çağırış etdi

“Burada bir çox müzakirələr aparmışam. Ermənistanın baş naziri cənab Paşinyan və Azərbaycan Prezidenti cənab Əliyevlə söhbət mənim üçün önəmlidir. Bu il Cənubi Qafqaz regionu üçün son dərəcə əhəmiyyətlidir”. 

Bizim.Media xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Böyük Britaniyada keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində deyib. 

O.Şolts Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısından sonra Londonda keçirilən mətbuat konfransında qeyd edib ki, tərəflər bir-birinə qarşı effektiv və cəsarətli addımlar atmağa davam edərsə, 2024 sülh ili ola bilər. 
Almaniya kansleri sammitdə fürsətdən istifadə edərək tərəfləri sülh sazişi imzalamağa çağırıb. 

Bizim.Media

Seçilən
74
10
bizim.media

10Mənbələr