AZ

"Sabah"ın oyununda belçikalı hakimlər

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Makkabi” (Hayfa, İsrail) – “Sabah” qarşılaşmasının hakim təyinatları açıqlanıb. 

AzxeberSport klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Natan Verbumen. köməkçi hakimlər isə Matias Hillaert, Ruben Vins olacaq. Dördüncü hakim funksiyasını isə Uesli De Kremer yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma 25 iyul saat 21:15-da İsrailin “Kişvarda” stadionunda keçiriləcək.

Seçilən
57
2
azxebersport.az

3Mənbələr