Bakı. Trend:
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dannövbəti təyinat alıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifatmərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK(Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.
Qeyd edək ki, matç iyulun 25-də Paksi şəhərinin eyniadlıstadionunda baş tutacaq.