AZ

Qrinvudun yeni klubu bəlli oldu

“Mançester Yunayted”in hücumçusu Meyson Qrinvud “Marsel”ə transfer olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb.

22 yaşlı futbolçu yeni klubunda 10 nömrəli forma geyinəcək. Marsel klubunun bu transfer üçün 26 milyon avro + 5 milyon avro ödədiyi bildirilir.

Ötən mövsüm ingiltərəli oyunçu “Xetafe”də icarə əsasında çıxış edib. O, İspaniya klubunun heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 10 qol vurub və 6 qolun ötürməsini verib.

Seçilən
10
5
futbolinfo.az

6Mənbələr