İtaliyanın \"Hellas Verona\" klubu \"Qalatasaray\" klubunun hücumçusu Yunus Akgünü transfer etmək istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, \"Qalatasaray\"la müqaviləsi 2026-cı ilə qədər davam edən Akgünün bazar dəyəri 5 milyon avrodur.
Xatırladaq ki, ötən mövsüm İngiltərənin \"Lester Siti\" klubunda icarədə olan oyunçu 29 matçda iştirak edib, 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
Məryəm