AZ

“Elit star” Cəmilə efirdə Ruhəngizi PƏRT ETDİ: “Elə bil çimərliyə gəlmisən” - VİDEO

“Hər şey geyinmişəm. Nə geyinsəm, lap sadə də olsa, paltara yaraşığı mən verirəm. Sadəliyi sevirəm. Məni belə görüb seviblər”.

Demedia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Musəvi qonaq olduğu “Elgizlə izlə” verilişində deyib.

Ruhəngizin bu sözlərinə onun həmkarı “Elit star” Cəmilə İsgəndərova “Bu nədir geyinmisən? Elə bil çimərliyə gəlmisən. Səhnəyə gələndə ona uyğun paltar geyin” fikirlərini səsləndirib.
İsgəndərovanın bu ifadələri Musəvini əsəbiləşdirib.

Əməkdar artistin qarşı tərəfə cavabı gecikməyib:

“Məni geyimimə görə sevmələrini istəmirəm. Əvvəl müğənniləri paltara görə sevirdilər? İndi insanları heç nə ilə təəccübləndirə bilmirsən. Hamı müğənnidən də gözəl geyinir. Yaxşısı budur mən elə belə geyinim”.

Seçilən
24
13
demedia.az

10Mənbələr