AZ

Hərbi xidmətdən yayınmaq istəyənlər üçün pis xəbər - Artıq mümkün olmayacaq - VİDEO

Artıq həkimin saxta rəyi əsasında hərbi xidmətdən yayınmaq mümkün olmayacaq.

 Bakupost.az Xezerxeber.az-a istinadla bildirir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yekun tibbi müayinəsi prosesi Tibbi Qiymətləndirmə Mərkəzində aparılır. Burada 4 kateqoriyadan olan çağırışçılar yoxlanılır. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub. Elə bu məlumatlar əsasında da mərkəzi çağırış komissiyası şəxsin hərbi xidmətə yararlı olub-olmaması barədə qərar qəbul edir. Bundan sonra da yararlı olan şəxslərin Silahlı Qüvvələrə bölüşdürülməsi prosesi başlayır. O da qeyd olunub ki, bütün bu işlərin görülməsi üçün mərkəzə ixtisaslaşmış şəxslər cəlb olunublar.

Seçilən
119
33
turanpress.com

10Mənbələr