AZ

"Peşəkar futbolçuyam, təşvişə düşmədim" - Əyyub Allaş

“Mərhələ adladığımız üçün şadam. Bu oyunda qalib gəlmək mənim üçün vacib idi. Avropa Liqası mühüm turnirdir və biz burada mübarizəni davam etdirmək istəyirdik”.

Bu sözləri “Şerif”in üzvü Əyyub AllaşAvropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə”ni mübarizədən kənarlaşdıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

Bakıda penaltilər seriyasında mərhələ adlayan Moldova klubuna bu yay transfer olunan sabiq “Qəbələ”li öz çıxışını belə dəyərləndirib:

“Bilirdik ki, çətin matç olacaq. İlk görüşdə zəif oynamışdım. Çünki komandaya gec qoşulmuşam. İndi daha hazırlıqlıyam
Mərakeşli vinger Bakı klubunu yaxşı tanıdığını söyləyib: “Zirə”nin müdafiə xətti çox güclüdü. Bunu bilirdim. Çünki ötən mövsüm onlara qarşı 6 dəfə oynamışdım. Müəyyən qədər təzyiq var idi. Amma peşəkar futbolçuyam. Təşvişə düşmədim. Çünki bu, futboldu və hər an hər şey ola bilər. Böyük futbolçular da penaltini qaçıra bilər”.

Allaş yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə edib:

“Bakıda hər şey gözəldi. İnsanlar çox yaxşıdı. Hər kəsə minnətdaram. Məni burada çox yaxşı qarşıladılar. Təbii ki, azarkeşlər nəticəyə görə məyusdu. Onların adına üzülürəm. Amma bu, futboldu. “Zirə” də mərhələ adlamaq istəyirdi, mən də”.
Seçilən
17
2
football-plus.az

4Mənbələr