AZ

Banqladeşdə iğtişaşlar: Ölənlər və yüzlərlə yaralanan var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Banqladeşin paytaxtı Dəkkədə hökumətin kvota əleyhinə etirazları yatırtmaq üçün bəzi mobil internet xidmətlərini dayandırmasından sonra çubuq və daşla silahlanmış minlərlə tələbə silahlı polislə toqquşub.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, vu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları üzrə dövlət naziri Zünəid Əhməd Palak jurnalistlərə bildirib.
Rəsmilər bildiriblər ki, Dəkkədə polislə toqquşmada 6 nəfər, avtobus sürücüsü və 1 tələbə həlak olub. Məlumata görə, yüzlərlə insan yaralanıb. Bu həftə ərzində etirazlar zamanı ən azı 12 nəfər ölüb.
Qeyd edək ki, ümummilli etirazlara səbəb gənclər arasında işsizliyin yüksək səviyyədə olmasıdır: ölkənin 170 milyon əhalisinin demək olar ki beşdə biri işsiz və ya təhsilsizdir.
Xatırladaq ki, Banqladeşdə tələbə etirazları bu ayın əvvəlində Ali Məhkəmənin Banqladeşdə 1971-ci il Müstəqillik Müharibəsində azadlıq döyüşçülərinin qohumları üçün 30% məşğulluq kvotasını bərpa etmək qərarına gəlməsindən sonra başlayıb.
Seçilən
124
50
oxu.az

10Mənbələr