İsrailin Qəzzaya gecə boyu təşkil etdiyi hücumlarda 9 fələstinli həlak olub.
Demedia.az xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin Zevayide bölgəsindəki bir evi bombalayıb. Hücumda 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.