AZ

İsrailin Qəzzaya gecə boyu təşkil etdiyi hücumlarda 9 fələstinli həlak olub

İsrailin Qəzzaya gecə boyu təşkil etdiyi hücumlarda 9 fələstinli həlak olub.

BiG.AZ xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsinin Zevayide bölgəsindəki bir evi bombalayıb. Hücumda 6 fələstinli ölüb, çoxlu sayda insan yaralanıb.

İsrail döyüş təyyarələrinin Nusayrat Qaçqınlar Düşərgəsindəki Abdullah Əzzam məscidini hədəf alan hücumunda ən azı 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Qəzza zolağının mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsindəki bir evə hava hücumu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb, 4 uşaq itkin düşüb. Çoxu uşaq və qadın olan yaralılar Avde Xəstəxanasına aparılıb.

İsrail ordusu Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belah şəhərinə hava zərbələri endirib, İsrail artilleriya bölmələri cənubda Xan Yunus və Rəfah şəhərlərini bombalayıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 38 min 794 fələstinli həyatını itirib, 89 min 364 nəfər isə yaralanıb.


BiG.Az
Seçilən
41
1
big.az

2Mənbələr