AZ

“Qarabağ” “Linkoln”la oyunlar üçün 24 futbolçu sifariş etdi

“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllüttariq klubu “Linkoln”la keçirəcəyi oyunların iştirak ərizəsinı açıqlayıb.

Arena.az xəbər verir ki, Ağdam klubu bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.

Baş məşqçi Qurban Qurbanovun sərəncamında 24 futbolçu olacaq. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 5-i isə hücumçudur.

Qeyd edək ki, “Qarabağ” “Linkoln”la ilk oyununu iyulun 23-də səfərdə, cavab görüşünü isə ayın 30-da evdə keçirəcək.

Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 12. Sadiq Məmmədzadə;

Müdafiəçilər: 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade;

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 19. Redon Cica, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.

Seçilən
37
21
arena.az

10Mənbələr