AZ

Qazaxıstan elektrik avtomobilləri üçün infrastrukturunu inkişaf etdirir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev elektrik avtomobilləri üçün infrastrukturun inkişaf etdirilməsini nəzərdə tutan bir sıra qanunlar imzalayıb.
AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bundan sonra yerli icra hakimiyyəti orqanları elektrikdoldurma stansiyalarının yerləşdirilməsi ilə bağlı qərar qəbul edə biləcəklər.
Elektrikdoldurma stansiyalarının qoşulması, istismarı və elektrik enerjisinin istehlakı zamanı təhlükəsiz fəaliyyət göstərməsi tələbləri də müəyyən edilib. Belə ki, adi benzin və qaz avtomobillərinin sahiblərinə elektrikdoldurma stansiyaları ilə təchiz olunmuş yerlərdə dayanmaq qadağan ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
turk.az

3Mənbələr