AZ

"Qarabağ" Şahruddini geri qaytardı, klub rəhbərliyi tənqid edildi

Xəbər verdiyimiz kimi, "Qarabağ” qapıçı Şahruddin Məhəmmədəliyev ilə yenidən müqavilə imzalayıb.

AzxeberSport xəbər verir ki, onun yenidən komandaya dönüşü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, azarkeşlər bu addıma görə klub rəhbərliyini kəskin tənqid ediblər.

 "Qarabağ" futbol klubunun rəmi hesabındakı Şahruddinlə bağlı paylaşıma tanınmış şəxslər də biganə qalmayıblar. 

 Mətbuat Şurası İdarə Heyətinin üzvü, tanınmış texnobloger Fərid Pərdəşünas mövzu ilə bağlı yazıb:

 "Ikinci heyyət və liqamız üçün yaxşıdır. Məncə əsas hədəf də elə budur. Amma yenə də insanın içinə düşmənə güvən dosta qorxu verən hisslər gəlir".

 Tanınmış teleaparıcı Rahil Sayadoğlu isə bu transferi uğurlu sayıb: 

"Şahruddin daxili oyunlar üçün əladır, "Qarabağ" bir neçə cəbhədə mübarizə aparacaq. Ölkə çempionatını və futbolçuları yaxşı tanıyır. Üstəlik təcrübəsi çoxdur. Faydalı olacaq".

 Tanınmış jurnalist Vüqar İmanov də bu transferi tənqid edib: "Canlı bomba transferi. Heç kim xoş söz yazmır".

 Xəyal Hətəmov adlı azarkeş isə bu addıma görə klub rəhbərliyini qınayıb: Sizin transfer siyasətinizə "qibtə" edirəm. Dünyada belə bir təcrübə yoxdur ki, klubdan gedən futbolçuları yenidən kluba qaytarsınlar. Bu qədər pul qazanırsız gedib özünü doğrultmayanları yenidən kluba götürürsüz. Artıq o futbolçularda bele inam yaranır ki, onsuz özümü legioner kimi doğrultmasam yenidən "Qarabağ"a qayıdıb oynayacam.

Qeyd edək ki, "Qarabağ"ın Şahruddinlə bağlı postuna 2100 nəfər reaksiya verib, onlardan 658 nəfəri bu transferi qəzəblə, 394 nəfəri isə hiddətlə qarşılayıb, 944 nəfər isə postu bəyənib. 

Seçilən
36
1
azxebersport.az

2Mənbələr