AZ

20 yaşlı futbolçu dünyasını dəyişdi 

Ekvadorun "Barselona" klubunun qapıçısı Castin Kornexo 20 yaşında dünyasını dəyişib. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kornexo bazar ertəsi evində duş qəbul edərkən yıxılıb və kəllə-beyin travması alıb. Futbolçu huşsuz vəziyyətdə tapılıb, bundan sonra xəstəxanaya yerləşdirilib. Kornexonun vəziyyəti ağır olub və həkimlərin səylərinə baxmayaraq, çərşənbə axşamı dünyasını dəyişib. Ölümün səbəbi aorta anevrizması olub. 

Qeyd edək ki, Kornexo "Barselona"nın (Ekvador) ehtiyat qapıçısı idi. O, Ekvadorun gənclər yığmasında da bir oyun keçirib. 


Telegram kanalımız
Seçilən
47
9
yenisabah.az

10Mənbələr