AZ

Taksilərə kəsilən cəza avtobusları da gözləyir

Bu, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən irəli sürülən əsas tələblərdən biridir. Qurumun məlumatında da bildirilir ki, taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür. Son 1 həftə ərzində qanunvericiliyin tələblərini yerinə yetirməyən 23 taksi sistemdə bloklanıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 183 nömrəli Qərarında da bildirilir ki, müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi ilə təchiz edilməlidir. Bu məsələdə taksi istifadəçilərinin üzü gülsə də, avtobus istifadəçiləri üçün eyni şeyi demək təəssüf ki olmur. Bu gün kondisionersiz çox sayda avtobus xətdədir. Sıxlığı da nəzərə alsaq, hər gün bi avtobuslardan istidən və sıxlıqdan kimsə hətta huşunu itirir.

Bəs taksilərə edilən eyni nəzarət avtobuslar üçün də nəzərdə tutulurmu?

AYNA-dan "Cebhe.info"-nun sorğusuna cavab olaraq bildirilib ki, hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır:

"Müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür. Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır".

AYNA-dan bildiriıib ki, hər il olduğu kimi, bu il də yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilib.

"Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin sərnişinlərin rahatlığı üçün avtobuslarda temperatur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib",-deyə məlumatda deyilib.

Bundan əlavə qeyd edilib ki, bu gün Bakıda, xüsusən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən avtobuslar texniki baxımdan köhnəldiyindən müasir tələblərə və qüvvədə olan ekoloji standartlara qəti cavab vermir:

"Bu avtobuslar istismar müddətini başa vurduğundan yenilənməsinə ciddi ehtiyac var".

Məlumatda da göründüyü kimi, isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sisteminin təchizatı daşıyıcı şirkətin öhdəliyinə buraxılıb. Ancaq görünür, daşıyıcı şirkətlərin əksəriyyəti AYNA-nın onların qarşısına qoyduğu tələbdən boyun qaçırır.

Ekspertlər isə bildirir ki, taksilər üçün qoyulan cəzalandırma sistemi avtobuslar üçün də gözləniləndir və qarşıdakı ildə artıq avtobuslarda da cəza, cərimə mexanizmi işə düşəcək.

Seçilən
69
2
cebheinfo.az

3Mənbələr