AZ

“Sabah” Ukrayna klubunu məğlub etdi

Sloveniyada təlim-məşq toplanışı keçən “Sabah” bu gün növbəti yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Bakı təmsilçisi Ukrayna “Rux”u ilə üz-üzə gəlib.  “Sports park Radomlye”də keçirilən matç “Sabah”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, “Sabah” daha əvvəl keçirdiyi yoxlama görüşlərində “Koper”ə (Sloveniya) 1:0 hesabı ilə qalib gəlib, Serbiya “Çukariçki”si (0:0) və Ukrayna “Krivbas”ı (2:2) ilə isə heç-heçə edib.    

Seçilən
58
12
matc.az

10Mənbələr