AZ

Neymar yenidən məşqlərə başlayıb

Səudiyyə Ərəbistanının \"Əl-Hilal\" klubunun braziliyalı hücumçusu Neymar yenidən məşqlərə başlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymar 2023-cü ilin yayında \"Əl-Hilal\"a keçib. 32 yaşlı braziliyalı sol dizindəki çarpaz bağ və menisk yırtıldığı üçün ötən ilin oktyabrından komandasına kömək edə bilmirdi.

Qeyd edək ki, Neymar daha əvvəl PSJ, \"Barselona\" və \"Santos\" klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qol vurub.
Seçilən
38
11
azxeber.com

10Mənbələr