"Əl-Hilal"ın hücumçusu Neymar zədəsini sağaldıb.
AzxeberSport xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı forvard uzun müddət sonra komanda ilə məşqlərə başlayıb.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayından "Əl-Hilal"ın futbolçusudur. O, sol dizindəki zədə səbəbindən ötən ilin oktyabrından meydana çıxmırdı.