AZ

531 körpə ÖLÜMÜ - Uşaqlar hansı səbəblərə görə ölü doğulur?

2023-cü ildə 531 uşaq ölü doğulub.

Bu barədə Dövlət Statistika Komitəsindən Bizim.Media-nın sorrğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, 2022-ci ildə 597, 2021-ci ildə 556, 2020-ci ildə isə 519 uşaq ölü doğulub. 
 

MÖVZU İLƏ BAĞLI:

Demokrafik PARTLAYIŞ – Azərbaycanda doğulan körpələrin sayı niyə sürətlə AZALIR? 


Maraqlıdır, uşaqlar hansı səbəblərə görə ölü doğulur? Hamiləlikdə qadınlar nələrə diqqət etməlidirlər?

Həkim Adil Qeybulla Bizim.Media-ya bildirib ki, doğuş zamanı uşaq və ana ölümlərinin səbəbi hamiləliyin patoloji getməsidir:

“Anada yanaşı xəstəliklərin olması və ya hamilələyin gedişində ağırlaşmalar həm ananın, həm də uşağın həyatı üçün təhlükə yaradır. Bundan başqa, patoloji keçən hamiləlik, dölyanı suyun bulanması və digər problemlər uşaqların ölü doğulmasına gətirib çıxarır. Ən yaxşısı odur ki, qadınlar hamilə qalmazdan əvvəl yoxlansınlar. Hamilələr isə ən azı müəyyən bir çekap üzrə müayinə olunmalı, ginekoloji və ya “qanında infeksiyalar varmı” deyə yoxlanmalıdır”. 

A.Qeybulla qeyd edib ki, eyni zamanda anada böyrək çatışmazlığı kreatinin artıqlığı, qaraciyərində başqa problemlərin olub-olmaması yoxlanmalıdır:

“Tənəffüs infeksiyaları, qrip kimi xəstəliklər də uşağın ölü doğulmasına gətirib çıxaran amillərdəndir. Təəssüf ki, bizdə vəziyyət belə deyil. Qadınların çoxu ya doğuş vaxtı, ya da hansısa xəstəliyinin ağırlaşması vəziyyətində həkimə müraciət edirlər. Bundan başqa, uşağın gipoksiyadan (orrqanizmdə oksigen çatışmazlığı) və ya əməliyyat zamanı ölməsi halları da var”.

Nuranə Daxilqızı, Bizim.Media 

Seçilən
127
50
bizim.media

10Mənbələr