AZ

"Fənərbaxça" "Sevilya"nın bombardirini almaq istəyir

Türkiyənin "Fənərbaxça" klubu Yossef Ən-Nəsiri üçün danışıqlara başlayıb.

AzxeberSport İtaliya mətbuatına istinadən xəbər verir ki, "Roma" da "Sevilya"da çıxış edən futbolçunu heyətinə qatmaq üçün danışıqları sürətləndirib.

Türkiyə nəhənginin mərakeşli hücumçu üçün daha yüksək maaş və transfer məbləği təklif etdiyi bildirilib.

Qeyd edək ki, ispan klubu ilə müqaviləsi gələn il başa çatacaq futbolçu son mövsümü uğurla başa vurub.

41 matçda meydana çıxan hücumçu 20 qolla yadda qalıb.

Seçilən
17
1
azxebersport.az

2Mənbələr