AZ

Bir il əvvəl itkin düşən Kəlbəcər sakini sevgilisi ilə birlikdə intihar edibmiş

2023-cü il iyunun 10-da itkin düşən Kəlbəcər rayon sakini, 1996-cı il təvəllüdlü Yasin İbrahimovun intihar etdiyi məlum olub.

Korrespondent.az-ın məlumatına görə, o və  sevgilisi, Xocalı rayon sakini, 1985-ci il təvəllüdlü Esmira Əhliman qızı Mamedova Göygöl rayonunun Toğanalı kəndinin meşə zolağında özlərini asaraq canlarına qəsd ediblər.

Onların cəsədlərinin qalıqlarını Göygöl Rayon Polis İdarəsinin əməkdaşları aşkarlayıblar.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
28
15
korrespondent.az

10Mənbələr