AZ

Qadın millimiz üçün tarixi şans: Pley-offa vəsiqə qazanıldı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının birinci pley-off mərhələsinə vəsiqə qazanıb.

Publika.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Yer aldığı B Liqasının 1-ci qrupunda 4 xalla dördüncü yeri tutan millimiz final mərhələsində iştirak şansını davam etdirir. Komanda B Liqasının qruplarında ən yaxşı dördüncü yerin sahibi kimi bu hüquqa yiyələnib.

İyulun 19-da birinci pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azərbaycan milli komandasının rəqibi B Liqasında yoluna davam edən digər 11 iştirakçı arasında ən yüksək reytinqlilərdən biri olacaq.

Seçilən
78
18
publika.az

10Mənbələr