AZ

SOCAR "Azər-Türk Bank" ASC-nin səhmlərinin 51%-ni satın almağı planlaşdırır

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azər-Türk Bank" ASC-ninsəhmlərinin 51%-ni satın almağı planlaşdırır.

Trend bubarədə SOCAR-ın məlumatına istinadən xəbər verir.

Bu məsələ 16 iyul 2024-cü il tarixində Azərbaycan RespublikasıDövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclasındamüzakirə olunub.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ınMüşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləniclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüşişlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlaradair təqdimat edilib.

Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasınınhazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetməstrukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişafetdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub.

Görüşdə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dairtəqdimat edilib, həmçinin gündəlikdə duran digər məsələlər nəzərdənkeçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
33
az.trend.az

10Mənbələr