AZ

FHN zəlzələ ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Gürcüstan-Azərbaycan sərhədindəkizəlzələ ilə bağlı məlumat yayıb.

Trend Nazirliyə istinadən xəbər verir ki, zəlzələ nəticəsindəAzərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədəməlumatın daxil olmadığı bildirilib.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində RespublikaSeysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin BöhranVəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumataəsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09 dəqiqədəZaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, GürcüstanRespublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydəalınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən,Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hissolunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarətibarədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxilolmayıb", - açıqlamada deyilir.

Məqalədə:
Seçilən
32
35
az.trend.az

5Mənbələr