AZ

"Linkoln" - "Qarabağ" görüşünün vaxtı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"la qarşılaşacaq "Qarabağ"ın ilk oyununun vaxtı bəlli olub.

Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda iyulun 23-ü, saat 20.00-da "Europe Point" stadionunda rəqibin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Bakıdakı görüş iyulun 30-da baş tutacaq.

Seçilən
66
10
football-plus.az

10Mənbələr