AZ

Xidmət rəisi: Bu yay isti günlərin bir qədər davamlı olacağı ehtimal edilir

Yay fəslinin üzümüzə gələn günlərində ölkəmizin əksər bölgələrində havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir.


Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Ekologiya.az-a bildirib ki, qlobal iqlim dəyişməsi, demək olar, dünyanın hər bir regionunda hiss olunacaq səviyyədədir. Bu da daha çox havanın temperaturunun yüksəlməsi ilə özünü büruzə verir. İqlim dəyişikliyinin təsiri ölkəmizdə də son illər ərzində daha qabarıq hiss olunur.


Xidmət rəisi deyib: “Ümumdünya Meteorologiya Təşkilatının regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən bu ilin yayında həm Abşeron yarımadasında, həm də bölgələrdə havanın temperaturunun iqlim normasından yüksək olacağı, ayrı-ayrı günlərdə isə anomal isti keçəcəyi ehtimal olunur. Yağıntının miqdarının normaya yaxın, bəzi yerlərdə isə iqlim normasından bir qədər az olacağı proqnozlaşdırılır. Ümumilikdə iyul-avqust ayları ölkəmizin yerləşdiyi fiziki-coğrafi mövqeyə uyğun olaraq ən isti aylardan hesab olunur”.


N.Mahmudov qeyd edib ki, qlobal iqlim dəyişmələri fonunda isti hava dalğalarının təsiri nəticəsində ötən illərə nisbətən bu ilin yayında isti günlərin bir qədər davamlı olacağı ehtimalı çoxdur.

Seçilən
43
16
ekologiya.az

10Mənbələr