AZ

“Real Madrid” Mbappeni təqdim etdi


İspaniya çempionu “Real Madrid” komandanın yeni futbolçusu, Fransa millisinin hücumçusu Kilian Mbappeni təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, forvard bu gün komanda ilə rəsmi müqavilə imzalayıb,  
Təqdimat mərasimi “Real Madrid”in “Santyaqo Bernabeu” stadionunda baş tutub. Mbappeni qarşılamaq üçün tribunalara 80 min insan toplaşıb.
25 yaşlı futbolçu “Kral klubu” ilə 5 illik müqavilə imzalayıb. O, komandanın heyətində 9 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra Fransanın PSJ klubunu tərk edəcəyini rəsmən elan edib. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi Fransa klubundan ayrılıb.
Xatırladaq ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Əvvəllər o, yetirməsi olduğu “Monako” klubunun rənglərini qoruyub. Mətbuatın yazdığına görə, 2024-cü ilin qışında forvard Fransa klubu ilə müqaviləsi bitdikdən sonra yayda “Real Madrid”ə keçməyə qərar verib. Mbappe ilə “Real Madrid” arasında müqavilənin imzalanacağı iyunun 3-də rəsmən açıqlanıb.
Ötən mövsüm İspaniya çempionatında “Real Madrid” ikinci yeri tutan Kataloniya “Barselona”sını on xal qabaqlayaraq birinci yeri tutub. “Real Madrid” həmçinin Çempionlar Liqasının qalibi olub.
Seçilən
69
10
yeniavaz.com

10Mənbələr