AZ

Azərbaycanda qatar reysdən çıxıb aşdı - FOTO

Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.

Ucnoqta.az xəbər verir ki, Bizim.Media-ya daxil olan məlumata görə, hadisə dəmir yolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib.

Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəyib.

Ölən və xəsarət alanlarla bağlı hələ ki məlumat yoxdur.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən rəsmi məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
49
ucnoqta.az

10Mənbələr